Azərbaycanlı nobelçiyə yeni cəza verildi

Azərbaycanlı nobelçiyə yeni cəza verildi

Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədi barəsində yeni cəza qərarı çıxarılıb.

AzerTimes xəbər verir ki, bu barədə onun adına fəaliyyət göstərən sosial media hesabı məlumat yayıb.

Bildirilib ki, siyasi məhbus yenidən 15 ay həbs, həbsdən sonra 2 il sürgün cəzasına məhkum edilib.

Bununla yanaşı, N.Məhəmmədinin 2 il müddətinə ağıllı telefondan istifadə etməsinə, təşkilatlara üzv olmasına qadağa qoyulub.

Bu, son iki il ərzində Nərgiz Məhəmmədi barəsində çıxarılan 5-ci cəza qərarıdır.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, bundan əvvəlki qərara görə 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Teqlər: