Azərbaycanlı nazir Makronla görüşdü

Azərbaycanlı nazir Makronla görüşdü

Fransa Prezidenti Emmanuel Makron COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Dünən Fransa Respublikasının Prezidenti Afrikada təmiz kulinariya sammitində iştirak edən nümayəndə heyətlərinin başçılarını, o cümlədən COP29-un prezidenti Muxtar Babayevi Yelisey sarayında qəbul edib”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron da öz X səhifəsindən görüşlə bağlı paylaşım edib.

Teqlər: