İran prezidentliyinə namizəd Məsud Pezeşkianın vəkili Məhəmməd Fəzli seçkiqabağı televiziya debatı zamanı qarşı tərəfə etiraz olaraq mikrofonu çıxararaq studiyada yerə çırpıb.
AzerTimes Report-a istinadla xəbər verir ki, debatda ekspert kimi iştirak edən Şahab İsfəndiyari Məhəmməd Fəzlinin qanunları pozduğu üçün universitetdən və professorlar siyahısından çıxarıldığını bildirib. Bununla da Fəzli ali təhsilin statusuna zərbə vurub.
M.Fəzli Ş.İsfəndiyarini yalan danışmaqda və yaymaqda ittiham edib. Bunun ardınca vəkillə ekspert arasında mübahisə yaranıb. Aparıcı hər ikisinin mikrofonunu söndürüb. Məsud Pezeşkianın vəkilinin cavab verməsi üçün şərait yaradılması ilə bağlı müraciətinə aparıcı məhəl qoymayıb. Bundan sonra M.Fəzli duraraq mikrofonu çıxarıb və onu studiyaya çırparaq debat keçirilən yeri tərk edib.