Azərbaycanlı namizədin adı bu siyahıdan çıxarıldı

Azərbaycanlı namizədin adı bu siyahıdan çıxarıldı

Məsud Pezeşkianın yeni hökumətində təhsil naziri kimi 5 namizəddən biri olan təbrizli müəllim Mürtəza Məcdfərin adı namizədlər siyahısından çıxarılıb.

AzerTimes xəbər verir ki, bu, Pezeşkianın müşaviri, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin tapışırığı ilə edilib.

Zərif Mürtəza Məcdfərin nazirliyə namizədlikdən məhrum edilməsi “milli və dil mənsubiyyətinin olmaması” ilə əlaqələndirilib.

Keçmiş xarici işlər naziri və ətrafının fikrincə, Məcdfər daha çox Azərbaycan kimliyi ilə tanındığı üçün iranlı milli kimliyindən uzaqdır.

Məcdfərin adının siyahıdan çıxarılması Məsud Pezeşkianın seçki qərargahının azərbaycanlı üzvlərinin etirazlarına səbəb olub.

Onlar kampaniya başladaraq, məsələnin yenidən araşdırılmasını, Mürtəza Məcdfərin adının namizədlər siyahısına salınmasını tələb ediblər.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Mürtəza Məcdfər təhsilin idarə edilməsi üzrə fəlsəfə doktoru, həmçinin sənaye mühəndisidir. O, Azərbaycan dili və mədəniyyətinin İranda qorunub saxlanılması, inkişafı istiqamətindəki fəaliyyətləri ilə tanınır. Azərbaycanlı mədəni fəal azərbaycanlı uşaqların ana dilini öyrənib mənimsəməsi istiqamətində tədbirlər, konfranslar və festivallar keçirib.

Teqlər: