Azərbaycanlı müxalifətçi Böyük Britaniyada cinsi təcavüzə görə həbs olunub

Böyük Britaniyada siyasi sığınacaq istəyən müxalifətçi Ceyhun Zeynalov cinsi təcavüzə görə mühakimə olunub.

Trend-in məlumatına görə, bu barədə “Daily Mail” qəzeti yazır.

Qeyd olunur ki, C.Zeynalov 2018-ci ilin oktyabrında özünü təqsirli bilməsə də, 2021-ci ilin martında günahını etiraf edib.

Məlumata əsasən, Stok-on-Trent şəhərində mağazaya gedən əqli qüsurlu qadına qarşı zorakılıq göstərməyə cəhd edib.

O, məhkəmə qərarı ilə 9 aylıq həbs müddəti ilə cəzalandırılıb. Cəzanın icrası 18 ay müddətinə təxirə salınıb.

Bundan başqa o, alkoqol asılılığından altı aylıq müalicəyə və 120 saatlıq ictimai işlərə məhkum edilib.

C.Zeynalov həm də 10 il müddətinə cinsi zəmində cinayət törətmiş şəxslərin siyahısına daxil edilib.

Teqlər: