Güney Azərbaycanın Qəzvin şəhərindən olan musiqiçi və ziyalı Möhsün Hüseyn Abfruş noyabrın 28-də 68 yaşında vəfat edib.
AzerTimes xəbər verir ki, azərbaycanlı musiqiçi sənət dostları, ailəsi və yerli əhalinin iştirakı ilə Qəzvinin Beheşti Fatimə qəbiristanlığında dəfn olunub.
O, Qəzvində tanınmış musiqiçi və tar ifaçılardan olan sənətçi Əliəkbər xan Şahnazi və Huşəng Zərif kimi tanınmış musiqi ustalarından dərs alıb. Gənclik illərində televizya və radioda çıxış edən musiqiçinin fəaliyyəti islam rejimi qurulduqdan sonra məhdudlaşdırılıb.