Azərbaycanlı milyarderlər məşhur mərkəzi aldılar

Azərbaycanlı milyarderlər məşhur mərkəzi aldılar

Azərbaycanlı biznesmenlər Zarax İliyev və Qod Nisanova məxsus “Kiyev Meydanı” qrupu Moskvada Lubyankada yerləşən “Mərkəzi Uşaq Dünyası”nı alıb.

AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, Mərkəzi Uşaq Dünyası 1953-cü ildə memar Aleksey Duşkinin layihəsinə əsasən tikilib. Ticarət kompleksi “Hals” şirkətlər qrupuna aid idi.

“Kiyev meydanı” Qrupu, Forbes jurnalına görə, Rusiyada ən böyük kirayəçidir: 2023-cü ilin sonunda şirkətin obyektlərindən icarə gəliri 1,76 milyard dollar təşkil edib. “Kiyev meydanı”nın ən böyük obyektləri Foodcity və Evropeisky-dir. Qrupun ümumi pərakəndə satış sahəsi 2,2 milyon kvadratmetrdən çoxdur.

Teqlər: