Azərbaycanlı məhbus aclıq aksiyasına başladı

Azərbaycanlı məhbus aclıq aksiyasına başladı

Tehranın Evin həbsxanasında saxlanılan və bir neçə xəstəlikdən əziyyət çəkən güneyli işçi hərəkatı fəalı Rza Şahabi aclıq aksiyasına başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Tehran və Şəhərətrafı Avtobus Sürücüləri Birliyi məlumat yayıb.

Bildirilib ki, Şahabi hakimiyyətin və həbsxana rəhbərliyinin məhbuslara qarşı zalım davranışlarına etiraz olaraq aksiyaya əl atıb.

“Həkimlər Rza Şahabinin təcili şəkildə həbsxanadan kənar xəstəxanada boyun və belindən əməliyyat olunmasını tövsiyə etsələr də, ədliyyə sistemi və həbsxana rəhbərliyi buna icazə vermir”, – məlumatda bildirilib.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbüstər şəhərindəndir. O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.

Teqlər: