Kəlbəcərdə azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması Ermənistanın minalanmış ərazilərin xəritəsini təcili şəkildə təhvil verməli olduğunun daha bir nümunəsidir.
Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.
O, jurnalistlərin ölüm xəbərindən təəssüfləndiyini bildirib:
“Azərbaycan hökuməti minaları zərərsizləşdirmək üçün mümkün olan hər şeyi edir. Amma Ermənistanın bu xəritələri təhvil verməsi beynəlxalq humanitar hüququn tələbidir. Buna heç bir bəraət qazandırmaq olmaz. Bu, beynəlxalq humanitar hüququn pozulması deməkdir. Ümid edirəm ki, ATƏT-in Minsk qrupu və həmsədrlər, eləcə də Avropa İttifaqı Ermənistanı həmin xəritələri təhvil verməyə çağıracaq”.
(Tərcümə: Orxan Nəbiyev)