Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan idmançı, Kunq-fu ustası Aqil Qardaşzadə dördüncü dəfə Ginnesin Rekordlar Kitabına düşüb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, Qardaşzadə beş kiloluq çəki ilə yumruq endirməklə ən çox zərbə vurma rekordu qıraraq, amerikalı idmançını üstələyib.
5-ci dan qara kəmər sahibi olan Qardaşzadə Kunq-fu döyüş sənətində “Tua” üslubunun ustası, beynəlxalq məşqçi, hakim və Mərənd Kunq-fu federasiyasının rəhbəridir.
İdmançı həm də “Traktor” İdman Klubunun üzvü və azarkeşidir.