Azərbaycanlı idmançı Türkiyənin adını qızıl hərflərlə tarixə yazdırdı.
Türkiyəni təmsil edən atlet Ramil Quliyev Londonda keçirilən Atletizm Çempionatının qalibi olub və qızıl medala sahib çıxıb. O, kişilər arasında keçirilən 200 metr yarışında qalib adını qazanıb.
“Fənərbaxça” adından yarışan azərbaycanlı atlet Cənubi Afrikadan olan Vayde Van Niekerk (20.11 saniyə) və Trinidadlı Tobagolu Jerem Ricardsı (20.11) qabaqlayıb. Niekerenk Ricardsı saniyənin mində biri qədər qabaqlayaraq gümüş medala sahib olub. R.Quliyevin nəticəsi isə 20.9 saniyə olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yarışdan zonra idmanaçıya təbrik ünvanalayıb. Ərdoğan təbrikini “Twitter” hesabından payalaşıb. “Dünya Atletizm Çempionatında 200 metrədə qızıl medal qazanaraq hamımızı qürurlandıran Ramil Quliyevi ürəkdən təbrik edirəm”.
R.Quliyev qalibiyyətini Türkiyə və Azərbaycan bayraqları ilə meydana çıxaraq qeyd edib.
Ramil Quliyev 29 may 1990-cı ildə Bakıda anadan olub. 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edərək Türkiyə bayrağı altında çıxış etməyə başlayıb.