Azərbaycanlı hakim Kamal Umudlu beynəlxalq təyinat təyinat alıb.
AzerTimes xəbər verir ki, FİFA referisi Konfrans Liqası I təsnifat mərhələsində Albaniyanın “Vlajniya” və İslandiyanın “Valyur” klubları arasında keçiriləcək cavab oyununu idarə edəcək.
Ona yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.
Qeyd edək ki, “Vlajniya” – “Valyur” qarşılaşması 18 iyul tarixində Albaniyada keçiriləcək.