Azərbaycanlı hakim Konfrans Liqasının matçında

Azərbaycanlı hakim Konfrans Liqasının matçında

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

AzerTimes xəbər verir ki, Cabbarov Bosniya və Herseqovinada “Bortats” və Farer adalarının “B-36 Torşavn” komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq.

Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, matç iyulun 7-də keçiriləcək.

Teqlər: