Azərbaycanlı hakim-inspektor İtaliyanın oyununda

Azərbaycanlı hakim-inspektor İtaliyanın oyununda

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

AzerTimes xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində baş tutacaq San Marino – İtaliya oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma noyabrın 16-da San Marinoda keçiriləcək.

Teqlər: