Azərbaycanlı hakim “Bavariya”nın oyununa təyinat aldı

Azərbaycanlı hakim “Bavariya”nın oyununa təyinat aldı

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

AzerTimes AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Almaniyada “Bavariya” və Danimarkanın “Kopenhagen” klublarının U-19 komandaları arasında keçiriləcək Gənclər Liqasının A qrupunun matçını idarə edəcək.

Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Mixael Baxer (Almaniya) yerinə yetirəcək.

Qeyd edək ki, matç noyabrın 29-da Münhendə keçiriləcək.

Teqlər: