Azərbaycanlı gimnast Qətərdə keçirilən yarışda bürünc medal qazanıb

Martın 2-də Qətərin Doha şəhərində idman gimnastikası üzrə Dünya
kubokuna start verilib. Yarışda Azərbaycanı yığma komandanın
üzvləri Nikita Simonov və İvan Tixonov təmsil edirlər.

Trend Azərbaycan Gimnsatika Federasiyasına istinadən xəbər verir
ki, yarışların üçüncü günündə gimnastımız Nikita Simonov uğurla
çıxış edərək halqa ilə hərəkətlərin icrasında bürünc medal
qazanıb.


Digər təmsilçimiz İvan Tixonov da parallel qollar və turnik
hərəkətlərinin icrasında finala vəsiqəni təmin edib. İdmançımız
sabah finalda mübarizə aparacaq.

Teqlər: