Bu il Türkiyənin ən böyük film festivalı olan 42-ci Uluslararası İstanbul Film Festivalının Gənc Ustalar kategoriyasındakı filmləri dəyərləndirəcək münsiflər heyətinə azərbaycanlı tələbə Malik Bədəlov da üzv seçilib.
AzerTimes xəbər verir ki, Malik Bədəlov hazırda İstanbul Universiteti İletişim fakültəsində radio, televiziya və sinema ixtisası üzrə 2-ci kursda təhsil alır.
Malik Bədəlov daha öncə də Yozqatda keçirilən Beynəlxalq Film Festivalının Gənc jüri heyətində yer almışdı.
Qeyd edək ki, 1982-ci ildən etibarən İstanbul Kültür Sənət Vəqfinin təşkilatçılığı ilə keçirilən ənənəvi Uluslararası İstanbul Film Festivalı bu il 1-18 aprel tarixlərində baş tutacaq. Festival 1989-cu ildə Beynəlxalq Kinoprodüserlər Assosiasiyası Federasiyası tərəfindən akkreditə olunub. Kinofestivalın əsas ödülü “Altun Lalə”dir.