Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin Kiprin “Anortosis” klubuna keçidi rəsmiləşib.
Yarımmüdafiəçi icarə əsasında ada ölkəsində oynayacaq.
“Anortosis” həmyerlimizi müqavilə ilə məxsus olduğu “Qəbələ”dən 1 illik icarəyə götürüb. Bu barədə Famaqusta təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Artıq futbolçumuz yeni klubu ilə 1 illik icarə müqaviləsinə imza atıb.
Qeyd edək ki, Araz “Qəbələ”yə bu il transfer olunmuşdu. 25 yaşlı yarımmüdafiəçi karyerasının böyük hissəsini yetirməsi olduğu “Neftçi”də keçirib.