Azərbaycanlı futbolçu “Bursaspor”dan rəsmən ayrıldı

Azərbaycanlı futbolçu “Bursaspor”dan rəsmən ayrıldı

Türkiyənin “Bursaspor” klubu Azərbaycan millisinin futbolçusu Namik Ələsgərovla yollarını rəsmən ayırıb.

AzerTimes xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsi ləğv edilib.

Onun sözləşməsinin ləğvi Türkiyə Futbol Federasiyasında qeydə alınıb.

Qeyd edək ki, Namiq Ələsgərov “Bursaspor”la ötən ilin yayında 2+1 illik müqavilə imzalamışdı. “Timsahlar” II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, əcnəbi oyunçularla yollar ayrılıb.

Teqlər: