Təəssüf edirəm ki, adım bəzi namizədləri dəstəkləməkdə hallandırılır.
AzerTimes xəbər verir ki, bunu Ərdəbildən olan futbol ulduzu, İran yığmasının keçmiş baş məşqçisi Əli Dayi X hesabında yazıb.
“Xalq bilməlidir ki, mən bu günə kimi heç bir seçkidə kimsəni dəstəkləməmişəm və dəstəkləməyəcəyəm. Mənim adımdan yayılan fikirlər yalandır”, – Dayi bildirib.
O, adının hansı namizədi dəstəklədiyi ilə bağlı hallandığını açıqlamayıb.