Azərbaycanlı Ermənistanda nələr edib? – Ermənilər yazdı

Azərbaycanlı Ermənistanda nələr edib? – Ermənilər yazdı

Erməni mediası “azərbaycanlı əsgər” olaraq təqdim etdikləri şəxs haqda növbəti iddia ilə çıxış ediblər.

AzerTimes xəbər verir ki, bu dəfə yerli əhaliyə istinadən yayılan məlumatda azərbaycanlının kənd sakinləri ilə hətta kart oynamağa vaxt tapdığı da bildirilib.

Azərbaycanlının əsgər formasında olmamasına ermənilər bu cür izah verib:

“Əsgər evlərdən birinə girib, çörək yeyib, həmin adamların evində paltar dəyişib, ev sahibinin pencəyini geyinib və gedib kənd dükanının qabağında oturub kart oynamağa başlayıb. Mağazanın yaxınlığında toplaşan kişilər isə onun nə erməni, nə də rus olduqlarını anlayıblar”.

Qeyd edək ki, erməni mediası əvvəlcə Qarakilsədə, daha sonra isə Zəngəzur (Sünik) vilayətinin Bnunis kəndi yaxınlığında “azərbaycanlı əsgər” olduğu bildirilən şəxsin saxlanıldığını yazıb. Paylaşılan videoda onun hərbi formada olmadığı görünəndən sonra isə “əsgərin” paltarını dəyişdiyi versiyası tirajlanıb.

Maraqlıdır ki, Ermənistan MN-in azərbaycanlının saxlanılması ilə bağlı xəbərində gəncin qapını döydüyü, erməni qadının (videoda isə kişi görünür – red.) qapını açan kimi polisə xəbər verdiyi və polisin də dərhal hadisə yerinə gəldiyi haqda məlumat var.

Beləliklə, məlum olmur ki, əgər polis hadisə yerinə dərhal gəlibsə, azərbaycanlı gənc kənd dükanının qarşısında kimlərlə və necə kart oynayıb? Nəzərə alaq ki, gəncin ermənicə bilmədiyi də videodan görünür.

Digər tərəfdən, itkin düşərək, Ermənistana keçən azərbaycanlı kənd sakinləri ilə niyə kart oynamağa çalışıb?

Qeyd edək ki, Azərbaycan MN yayılan görüntülərlə bağlı açıqlama yaymayıb.

Teqlər: