Azərbaycanlı ən yüksək səslə Rusiyada deputat seçildi

Azərbaycanlı ən yüksək səslə Rusiyada deputat seçildi

Rusiyanın Saxa Respublikasında (Yakutiya) yaşayan soydaşımız Əliş Zabid oğlu Məmmədov sentyabrın 10-da keçirilən regional seçkilərində qalib gələrək, ardıcıl olaraq 4-cü dəfə Saxa Dövlət Məclisinin – İl Tümənin üzvü seçilib.

AzerTimes xəbər verir ki, bu barədə tanınmış şair-publisist Əkbər Qoşalı məlumat verib.

Məlumata görə, Məmmədov namizəd olduğu 25 saylı Xanqala Seçki Dairəsində 84,53% səs toplayıb. Bu da Saxa (Yakutiya) üzrə ən yüksək göstəricidir.

Qeyd edək ki, 1958-ci il fevralın 10-da Şəkinin Oraban kəndində anadan olan Əliş Məmmədov 1989-cu ildən “YakutSement”in baş direktorudur.

Soydaşımız Saxa (Yakutiya) Respublikasının əməkdar inşaatçısı, respublikanın (habelə Xanqala rayonu və Moxsoqolloh qəsəbəsinin) fəxri vətəndaşıdır.

Dəfələrlə müxtəlif dövlət, hökumət təltiflərinə, o cümlədən Saxa Dövlət Mükafatına layiq görülüb.

Teqlər: