Region üçün sülh, firavan və ümidli gələcək axtarışlarında azərbaycanlı dostlarımızın yanındayıq.
AzerTimes xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Tvitterində yazıb.
O, Azərbaycan dövlətini və xalqını təbrik edib:
“Müstəqilliyin bərpası günün mübarək, Azərbaycan!”.
Səfir həmçinin, Azərbaycanla İsrail arasında sıx dostluğun və əməkdaşlığın dərinləşməsinin 30 illiyinin qeyd edildiyini xatırladıb.