

Poltava vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini Mütəllim Barat oğlu Babayev həlak olub.
AzerTimes Report-a istinadla xəbər verir ki, 1957-ci il təvəllüdlü, əslən Azərbaycanın Bərdə rayonundan olan M.Babayev aprelin 5-i axşam radələrində Poltava vilayəti ərazisində, Kremençuk yolunda idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində ölüb.
Babayev Poltavada dəfn olunacaq.