Azərbaycanlı deputatlar İsrailin Or-Akiv şəhərində Xocalı faciəsi qurbanlarının anım mərasimində iştirak ediblər (FOTO)

Milli Məclisin deputatları Sevil Mikayılova və Anatoliy Rafailov
İsrailin Or-Akiv şəhərində Xocalı faciəsi qurbanlarının anım
mərasimində iştirak ediblər.

Trend-in
məlumatına görə, tədbirdə Mark Aqarunovun rəhbərliyi altında “Sevgi” ansamblı çıxış edib.

Ansamblın solisti Salman Rabayev, tədbirin aparıcısı “Şolumi”
mərkəzinin rəhbəri Şaul Siman-Tov olub.

Mərasimdə Milli Məclisin deputatı Sevil Mikayılova nitq
söyləyib.

Tədbirdə həmçinin qafqazlı dağ yəhudilərinin ümum-İsrail
birliyinin sədri Pavel Yelizarov, Kiryat-Yam şəhərinin mer müavini
Adam Amilov da iştirak edib.

İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü Batsion
Abramova Bəsti Qəlbinurun “Mənim dünyam” kitabından Xocalı
faciəsinə həsr olunmuş şeiri səsləndirib.

Teqlər: