Azərbaycanlı deputatlar İspaniyada – Foto

Azərbaycanlı deputatlar İspaniyada – Foto

Azərbaycan Respublikası Milli Məclisinin deputatları İspaniya Krallığına səfər ediblər.

AzerTimes xəbər verir ki, səfərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova iştirak edib.

Səfər çərçivəsində deputatlar İspaniya Deputatlar Konqresində həmkarları ilə bir sıra görüşlər keçiriblər. Həmçinin deputatlarımız İspaniya Deputatlar Konqresinin xarici işlər komitəsinin sədri Pau Mari-Klose ilə görüşüblər.

Görüş zamanı Azərbaycan və İspaniya parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Azərbaycanlı deputatlar İspaniya Krallığı Deputatları Konqresinin 6 oktyabr tarixdə qəbul etdiyi Azərbaycana qarşı qərəz dolu İnstitusional Bəyanat adlı sənədin ölkələrimiz arasında dost və işgüzar münasibətlərə xələl gətirdiyini, bu cür addımların bölgədə sülh və təhlükəsizlik səylərinə qarşı olduğunu diqqətə çatdırıblar.

Teqlər: