Azərbaycanlı BMT ofisinin rəhbəri təyin edildi

Azərbaycanlı BMT ofisinin rəhbəri təyin edildi

Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə Agentliyinin proqram meneceri Vüqar Allahverdiyev BMT-nin Filippinin Manila şəhərindəki Cənub-Şərqi Asiya Regional Ofisinin rəhbəri təyin edilib.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Vüqar Allahverdiyev 2006-cı ildə BMT-nin İnkişaf Proqramının Bakı ofisində işləyib. 2014-cü ildə təşkilatın Nyu Yorkdakı katibliyində gənclərlə iş üzrə səfirin müşaviri olan Allahverdiyev 2021-ci ildə Terrorla Mübarizə Agentliyinə təyinat alıb.

Teqlər: