Azərbaycanlı alimin kitabı Türkiyədə nəşr edildi

Azərbaycanlı alimin kitabı Türkiyədə nəşr edildi

Ankara Universitetində beynəlxalq hüquq üzrə fəlsəfə doktorluğu elmi işini müdafiə edərək, hüquq elmləri üzrə fəlsəfə doktoru elmi adını alan Təbriz Raufoğlunun monoqrafiyası Türkiyənin tanınmış hüquq nəşriyyatlarından olan Ədalət Nəşriyyatı tərəfindən nəşr edilib.

AzerTimes xəbər verir ki, “Hüquqi yönləri ilə kiberməkanda yurisdiksiya problemi” adı ilə çap edilən araşdırmada internetin beynəlxalq hüquqi statusu, kiberməkanda meydana gələn ictimai münasibətlərin yurisdiksiya aidiyyəti kimi mövzulardan bəhs edilir.

Kitab müəllifin müdafiə etdiyi dissertasiya əsasında hazırlanıb. Dissertasiya Ankara Universiteti Hüquq fakültəsinin Beynəlxalq hüquq kafedrasının müdiri Serap Telli Akipək, kafedranın müəllimi Cavid Abdullahzadə, Ufuk Universitetinin rektoru, beynəlxalq hüquq üzrə tanınmış alim Sertaç Hami Başeren, Ankara Universiteti Siyasi elmlər fakültəsinin Dövlətlər hüququ kafedrasının müdiri Funda Kəskin Ata və Ankara Hacı Bayram Vəli Universiteti Hüquq fakültəsinin Beynəlxalq hüquq kafedrasının müdiri Əli İbrahim Akkutaydan ibarət jüri qarşısında müdafiə edilib.

Teqlər: