Azərbaycanlı aktyora bacısının qaraciyəri köçürüləcək

Azərbaycanlı aktyora bacısının qaraciyəri köçürüləcək

Qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayevdən xəbər var.

AzerTimes xəbər verir ki, aktyorun əməliyyatı Bakıda həyata keçiriləcək. Elvinə bacısı donor olacaq. Gülnazın qaraciyərinin bir hissəsi qardaşına köçürüləcək.

Bu haqda Elvinin həyat yoldaşı Elvina Atakişiyeva Baku.ws-ə açıqlamasında bildirib:

“Biz Türkiyədə idik. 10-15 gün olar ki, oradan qayıtmışıq. Elvinin əməliyyatı Mərkəzi Gömrük Hospitalında olacaq. Həyat yoldaşımın bacısı Gülnaz xanım ona donor olacaq”.

Qeyd edək ki, cərrahi müdaxilənin təxminən avqustun 5-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.

Teqlər: