Azərbaycanlı aktyor: Özünüzü gic yerinə qoymayın…

Azərbaycanlı aktyor: Özünüzü gic yerinə qoymayın…

Aktyor Kamran Ağabalayev sosial şəbəkədə tamaşaçıları sərt tənqid edib.

AzerTimes Musavat.com-a istinadən bildirir ki, aktyor tamaşaçıları rejissor Emil Quliyevin “Pərdəarxası: Mən burada tək olmuşam” filminə baxmamaqda ittiham edib.

Onun sözlərinə görə, adı çəkilən film kinoteatrlarda cəmi 700 nəfər tərəfindən izlənilib:

“Bəs təkan verirdi ölümcül halda olan filmlərimizə? O, verdi, bəs siz? Siz nə etdiniz? Quru quru deməklə olmur, vallah olmur. Tamam, deyə bilərsiniz ki, istəmirəm, getmirəm. O zaman ümid verməyin! Və ya deyin ki, qardaş, Emil, Azər, Hikmət bizim 9 manatımız yoxdur sənə, Azərbaycan filminə dəstək olmağa, biz sənə televiziyada dəstək olarıq, “Ay Zaura”, Xoşqədəmə dəstək olduğumuz kimi.

Olduğunuz kimi görünün, “bizə film lazımdır”, falan deməyin. Biz də işimizi bilək, sizə baş qoşmayaq. Şəxsən mənə sizin kimi tamaşaçı lazım deyil, mən filmlərdə “sevdiyim işdir” deyə çəkilirəm, elə Azər də, Hikmət də. Emilin özü də… Sadəcə yalandan “dəstəksiniz” deyib, nə bizi “gic” yerinə qoyun, nə də özünüzü!”

Teqlər: