Azərbaycanla yeni ortaq layihələr axtarışında olmağa davam edəcəyik – TPAO

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycanla yeni ortaq layihələr axtarışında olmağa davam edəcəyik

Bunu AzerTimes-a açıqlamasında TPAO-nun baş direktoru Melih Han Bilgin deyib.

O qeyd edib ki, TPAO Azərbaycanın ikinci ən böyük investorudur.

“1994-cü ildən bəri Azərbaycana, onun rifahına gələcəyinə investisiya etməyə davam edirik. Bu zamana qədər Azərbaycana etdiyimiz investisiya 13.2 milyard dollar təşkil edir.
Əslində, bu belə təkbaşına Azərbaycana qarşı bəslədiyimiz güvənə onun gələcəyinə olan inamımızın göstəricisidir. Azərbaycanla yeni əməkdaşlıqlar axtarışında olmağa, bizim sahəmizə uyğun olan qurumlarla birlikdə çalışmağa davam edəcəyik”, – deyə o bildirib.

Teqlər: