Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanla Xorvatiya arasında 7 sənədin razılaşdırılması üzərində iş aparılır.
AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkə arasında indiyə qədər xeyli sənədlər imzalanıb: “Hazırda 7 sənədin razılaşdırılması istiqamətində iş aparılır və yaxın zamanda həmin sənədlər qüvvəyə minəcək”.