Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə Türkmənistan neft və qazının bu ölkə vasitəsilə Avropaya nəqli üçün üzərinə düşən öhdəlikləri yerin yetirməyə hazırdır.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı Rəşid Meredovla mətbuat konfransı zamanı deyib.
O bildirib ki, Türkiyə Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsi barədə Anlaşma Memorandumunun imzalanmasından sevinc duyur:
“Biz türkmən nefti və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıyıq və bununla bağlı öhdəmizə düşən vəzifələri icra etməyə hazırıq”.