Azərbaycanla Türkiyə arasında ikitərəfli tranzit daşımaları üçün kvota artırılıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanla Türkiyə arasında ikitərəfli tranzit daşımaları üçün verilən buraxılış sənədinin kvotası 31 faiz, yəni 35 mindən 46 minədək artırılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin hesabatında deyilir.

Qeyd olunur ki, bundan başqa, üçüncü ölkələrə tranzit daşımaları üçün kvota 2,5 mindən 3 minədək artırılıb.

Nazirliyin məlumatına əsasən, 2021-ci il üçün əlavə 8 min buraxılış sənədi verilib.


(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: