Azərbaycanla Türkiyə arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin
vitse-prezidenti Fuat Oktayla görüşüb.

Trend xəbər
verir ki, bu barədə səfirliyin rəsmi “Twitter” səhifəsində paylaşım
edilib.

Qeyd olunur ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında
iqtisadi, kommersiya, texnologiya və digər sahələrdə mövcud
əməkdaşlıq və yeni imkanlar müzakirə edilib.

Bundan əlavə, Şuşa bəyannaməsindən sonra ikitərəfli
münasibətlərin ən yüksək səviyyəyə çatdığı vurğulanıb.

Tərəflər həmçinin Azərbaycan-Türkiyə Birgə İqtisadi
Komissiyasının fəaliyyəti və həyata keçirilməsi nəzərdə tutulan
işləri nəzərdən keçirib.

Teqlər: