Xəbər - Samir Əli – Trend:
Azərbaycan ilə Türkiyə arasında daha bir anlaşma memorandumu imzalanıb.
AzerTimes-ın məlumatına görə, imzalanma mərasimi Baş Prokurorluqda keçirilib.
Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə anlaşma memorandumu imzalayıb.
Mərasim zamanı ölkələr arasında beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyi bildirilib.