Azərbaycanla tərəfdaşlıq bizim üçün çox vacibdir – Sandu

Azərbaycanla tərəfdaşlıq bizim üçün çox vacibdir – Sandu

Moldova ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əlaqələr və səmərəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq ümumi dəyərlərə, sülh və sabitliyi paylaşdığımız öhdəliyə əsaslanır.

AzerTimes xəbər verir ki, bu fikri Kişniyovda Azərbaycanın Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə Moldova Prezidenti Maya Sandu söyləyib.

M.Sandu qeyd edib ki, Moldova və Azərbaycan bu əlaqələri möhkəmləndirmək istəyir, çünki azərbaycanlıların və moldovalıların təhlükəsiz və firavan gələcəyi naminə birgə işləmək önəmlidir.

“İqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan Hökumətlərarası birgə komissiyasının 10 illik fasilədən sonra 2022-ci ildə yenidən fəaliyyətə başlaması bunun əyani təsdiqidir. Moldova üçün Azərbaycanla tərəfdaşlıq bizim enerji müstəqilliyinə nail olmaq istəyimiz kontekstində çox vacibdir. Biz birgə layihələri davam etdirmək və Azərbaycan ilə dəstək və əməkdaşlığa ümid etmək istəyirik”, – Sandu vurğulayıb.

Teqlər: