Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına təkliflər mübadiləsinin altıncı raundu keçirilir.
AzerTimes xəbər verir ki, bunu bu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın iclasında deyib.
O bildirib ki, İrəvanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətində kursu davam edir:
“Bu sazişin birinci prinsipi ərazi bütövlüyünün iki ölkə tərəfindən qarşılıqlı tanınması ilə bağlıdır. İkinci prinsip sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədardır. Bu proses sovet dövrünün ən son və legitim xəritələri əsasında aparılmalıdır. Üçüncü prinsip isə regional nəqliyyat kommunikasiyaların açılması ilə bağlıdır”.