Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, ilk növbədə, Ermənistan özü fayda əldə edəcək – İsmayıl Ağakişiyev

Şuşa. Trend:

Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, ilk növbədə,
Ermənistan özü fayda əldə edəcək.

Bunu Trend
M.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin
dosenti İsmayıl Ağakişiyev deyib.

Onun sözlərinə görə, heç kimə sirr deyil ki, artıq 30 ildir
Ermənistan Cənubi Qafqaz regionunda iqtisadi baxımdan ən zəif
inkişf etmiş ölkədir. Digər tərəfdən, regionda hər şey bir-biri ilə
qarşılıqlı əlaqəlidir və 30 il davam etmiş münaqişə regionun bütün
ölkələri üçün humanitar baxımdan faciə oldu.

“Bu məsələnin həlli bir çox nəqliyyat, logistika və enerji
layihələrinin reallaşdırılması üçün imkanlar açır və iqtisadiyyat
vasitəsilə vaxt keçdikcə sırf insani münasibətlər tədricən bərpa
oluna bilər. Məhz buna görə də Cənubi Qafqazda uzunmüddətli sülhün
qurulması hava-su kimi vacibdir, sülh müqaviləsi isə regionun
inkişafı üçün baza sənədi qismində lazmdır. Bu, təkcə bilavasitə
region ölkələri üçün deyil, həm də Rusiya, Türkiyə və İrana da
lazımdır”, – deyə o bildirib.

Diasporun gələcək məqsədlərindən danışan İ.Ağakişiyev vurğulayıb
ki, Qarabağ ərazisi dağıdılıb və işğalçı minalanmamış ərazi
qoymayıb.

“Bir nöqtədə bir neçə mina döşənib. Ona görə də təkcə diasporun
yox, həm də bu insanların yaşadığı ölkələrin məqsədi ərazilərin
minalardan təmizlənməsi və bərpası olmalıdır. Çalışmaq lazımdır ki,
insanlar buraya İsveçrəyə getdikləri kimi istirahətə gəlsinlər”, –
İ.Ağakişiyev deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: