Qeyri-adi hərbi hərəkətlərin müşahidə olunmadığını Avropa Birliyinin Ermənistandakı missiyasının təsdiqləməsi çox xoşdur. Missiyanın məqsədi də budur: daha çox şəffaflıq təmin etmək və inam yaratmaq.
AzerTimes xəbər verir ki, bu sözləri AB-nin Gürcüstan və Cənubi Qafqaz böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar AB-nin Ermənistandakı missiyasının Ermənistan-Azərbaycan sərhədində “fövqəladə hərəkətlər müşahidə olunmadığı” barədə açıqlamasına reaksiyasında bildirib.
“O (AB missiyası – red.) Azərbaycanın hakimiyyət orqanları ilə də fəal qarşılıqlı fəaliyyətə açıqdır”, – Klaar X hesabında yazıb.