Tavuşdakı sərhəd zastavaları Ermənistanın təhlükəsizliyinin təminatıdır.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Bu gün Ermənistanda baş verənlər təhlükəsizlik zəmanətlərinin yaradılmasıdır, çünki əvvəlki təminatlar nəticə vermədi. Hakimiyyət bu zəmanətləri gücləndirmək və dirəklərin (sərhəd dirəkləri nəzərdə tutulur – red.) sayını artırmaq üçün əlindən gələni edəcək”, – Paşinyan bildirib.