Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə
Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara
malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması
haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının
Qanunu təsdiqləyib.
AzerTimes xəbər verir ki, sənədə
əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası
Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza
tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” 2021-ci il
oktyabrın 11-də Belqrad şəhərində imzalanmış Saziş təsdiq
edilir.