Azərbaycanla Serbiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb – Səfir

Azərbaycan və Serbiya arasında əlaqələr strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib.

AzerTimes-ın məlumatına görə, bunu bu gün Serbiyanın Azərbaycandakı
səfiri Draqan Vladisavleviç Serbiya Respublikasının Dövlətçilik
Gününə həsr olunmuş tədbirdə deyib.

“Serbiya Azərbaycanı özünün ən yaxın dostlarından biri hesab
edir. İki ölkə arasında diplomatik əlaqələr 1997-ci ildə qurulub.
Bu müddət ərzində Azərbaycanla Serbiya arasında münasibətlər
strateji tərəfdaşlıq səviyyəsinə çatıb”, – o qeyd edib.

Səfir iki ölkə arasında maraq doğuran məsələlər üzrə mütləq
koordinasiyanın təmin olunduğunu vurğulayıb.

“Bunu 2021-ci ildə Azərbaycan və Serbiya arasında ticarət
dövriyyəsinin əhəmiyyətli dərəcədə artması da sübut edir. İnanıram
ki, iki ölkə arasında dostluq münasibətləri gələcəkdə daha intensiv
olacaq”, – Draqan Vladisavleviç fikrini yekunlaşdırıb.

Teqlər: