Azərbaycanla Serbiya arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanla 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” təsdiq edilir.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərəcək.

Teqlər: