Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 755 milyon dolları ötüb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq 755,1 milyon dollar təşkil edib.

Trend bu barədə Rusiyanın Aqrar-Sənaye Kompleksinin İxracın İnkişafı Mərkəzinin icmalına istinadən məlumat verir.

Hesabata əsasən, 2021-ci ilin yanvar-avqust aylarında Rusiyanın Azərbaycana ixracı 4,7 faiz azalaraq 390,1 milyon dollar, Azərbaycandan idxal isə 0,8 faiz artaraq 365 milyon dollar təşkil edib.

Hesabat dövründə Rusiya Azərbaycandan xurma idxalını 2,2 dəfə, şaftalı idxalını 2,8 dəfə, kartof idxalını 24,6 faiz artırıb, pomidor ixracını 22,8 faiz, gilas və albalı idxalını 36,1 faiz, fındıq idxalını isə 8,4 faiz azaldıb.

Eyni zamanda, Rusiya Azərbaycana şəkər ixracını 39,5 milyon dollar, taxıl ixracını 18,1 milyon dollar, kartof ixracını 5,2 milyon dollar artırıb, günəbaxan yağı ixracını 23,8 milyon dollar, şokolad məmulatlarını 3,9 milyon dollar azaldıb.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: