Azərbaycanla Rusiya arasında quru sərhədlərin açılması böyük
turist axınının təmin olunmasına imkan verəcək.
Trend-in məlumatına görə, bunu Rusiyanın
Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında
deyib.
Onun sözlərinə görə, Azərbaycan rusiyalı turistlər üçün hər
zaman cəlbedici ölkə olub.
“Son dövrlərdə Rusiyadan Azərbaycana turist axını artır, “MİR”
kartları ilə ödəniş imkanları isə rusiyalı turistərin daha da
artmasına yol aça bilər”. – səfir deyib.
(Tərcümə: Orxan Nəbiyev)