Azərbaycanla Rusiya arasında işgüzar tərəfdaşlıq platforması inkişaf edəcək – Orxan Məmmədov (FOTO)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanla Rusiya arasında işgüzar tərəfdaşlıq platforması inkişaf edəcək.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda “Ağıllı şəhər” infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası zamanı deyib.

“Biz Azərbaycana rusiyalı investorların cəlb olunmasında maraqlıyıq və onlara burada işləmək üçün zəruri vasitələr təqdim etməyə hazırıq. Onlar bizim bazara çıxmaq üçün zəruri prosedurları, eləcə də məşğələlər keçə bilər. Biz həm də uğurlu biznes fəaliyyəti üçün maliyyə dəstəyi göstəririk və elmi işlərin reallaşdırılması üçün qrantlar təqdim edirik”, – deyə O.Məmmədov bildirib.


Onun sözlərinə görə, KOBİA Azərbaycanın 25-dən çox şəhərində şəbəkəyə malikdir və sahibkarların sayının artırılmasına xidmət edir.

(Tərcümə: Orxan Nəbiyev)