Azərbaycanla Qətər arasında viza tələbi aradan qaldırılıb

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycan Hökuməti ilə Qətər Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş imzalanıb.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Sazişi Azərbaycan xarici işlər naziri və Qətərin xarici işlər naziri imzalayıb.

Teqlər: