Azərbaycanla Qazaxıstan arasında İşgüzar Şuranın yaradılması müzakirə olunur

Azərbaycanla Qazaxıstan arasında İşgüzar Şuranın yaradılması
məsələsi müzakirə olunur.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın
Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov
Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərininin
qurulmasının 30 illiyi və Azərbaycan-Qazaxıstan Ekspert Şurasının
yaradılması ilə bağlı dəyirmi masa zamanı deyib.

“Bugünkü gün Qazaxıstanda 500-dən Azərbaycan şirkəti
qeydiyyatdan keçib. Bununla əlaqədar olaraq Azərbaycanla Qazaxıstan
arasında İşgüzar Şuranın yaradılması zərurəti mövcuddur”, – deyə o
bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Qazaxıstan Ekspert Şurasının
yaradılması da iki ölkə arasında münasibətlərin inkişafına böyük
töhfə verəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: