Azərbaycanla Qazaxıstan arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub – Muxtar Tleuberdi

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan və Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrinin əsası ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən qoyulub.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında deyib.

O qeyd edib ki, Qazaxıstan yük qatarlarının və buğda ixracının Azərbaycana davam etməsinə hazırdır: “İki ölkə arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub. Məqsədimiz bundan sonra da bu münasibətləri daha da dolğun etməkdir”.

Teqlər: